Bu gün onlar komandanın nümayəndələri (idman direktoru və mətbuat xidmətinin rəhbəri) ilə birlikdə stüardların yanına gəliblər və izahat veriblər, çünki 19.2-ci maddənin “c” bəndinin açıq şəkildə pozulduğu təsbit olunub.
Nəticədə hər iki pilota 25 min avro cərimə kəsilib, bunun 15 min avroluq hissəsi şərti xarakter daşıyır – bu məbləğ yalnız növbəti 12 ay ərzində oxşar pozuntu təkrarlanacağı halda ödəniləcək.
Stüardlar komandanın dünən verdiyi açıqlamanı qənaətbəxş hesab etməyiblər. Həmin açıqlamada deyilirdi ki, guya Alonso və Stroll ilk sərbəst yürüşdə iştirak etmədiyi üçün azarkeşlərlə görüşə qatılmağa “məcbur deyil”. Nəticədə əsas sürücülər əvəzinə görüşə Cek Krouford və Kin Şilds göndərilib.
Stüardlar ayrıca qeyd ediblər ki, bir çox azarkeş saatlarla istidə gözləyib, lakin Alonso və Strollu görə bilməyiblər. Bununla belə, stüardlar komandanın təklifini qəbul ediblər və Aston Martin sürücülərinin bu həftəsonu mütləq fan-zonada görünməsi tələb olunub.
Onların üzərinə qoyulan öhdəliklər aşağıdakılardır:
- Aston Martin forması geyinmiş bütün azarkeşlərə imzalı komanda beysbolkaları paylamaq,
- İki azarkeşi seçib komandanın bokslarına ekskursiya təşkil etmək,
- Həmin azarkeşlərlə söhbətləşmək və birgə şəkil çəkdirmək.
Bütün bunlar yerinə yetirildikdən sonra komanda mütləq stüardlara hesabat təqdim etməlidir.




Şərh əlavə et