Kokpit.az xatırladır ki, Əbu Dabidə Maks Ferstappen yarışı qazansa və Lando Norris 4-cü və ya aşağı yerləri tutsa, niderlandlı sürücü Dünya Çempionu olacaq.
Martin Brandl: “Əgər bunu etməsələr, onları bağışlamayacaqlar; etsələr də, yenə bağışlamayacaqlar. Amma əminəm ki, onlar çempionluğu itirməkdənsə komanda əmrinə görə yaranacaq mümkün qalmaqallı nəticələrlə üzləşməyi üstün tutacaqlar.
Bu bir komanda işidir. Onlar ildə iki yarış maşınına və 1000 nəfərlik heyətin əməyinə 400 milyon funt xərcləyiblər. Mühəndislər Kubokunu qazanıblar və Sürücülər Çempionatını da qazanmaq istəyirlər. Onlar Mak Ferstappenin titulu qazanmasını istəməzlər.
Təsəvvür edin: Mak Ferstappen yarışı udur, Oskar ikinci gəlir, Corc Rassell üçüncüdür, Lando isə dördüncü yerdə gedir. Komanda Oskardan podiumdan imtina edib dördüncülüyə enməyi və titulun Landoya getməsini istəyərmi? Mən əminəm ki, istəyəcəklər.
Üç sürücünün də titula layiq performansı olub. Bu il qələbələrin sayına görə də bərabərdirlər. Final möhtəşəm alınacaq. Əsl film ssenarisi kimidir! Üstəlik, həftəsonu adi formatdadır: nə sprint var, nə də təkər məhdudiyyəti. Bu üçlükdən birinin cüzi təması, etibarlılıq problemi və ya hər hansı xırda səhv hər şeyi alt-üst edə bilər”.




Şərh əlavə et