Avstraliyalı Əbu Dabidə cümə gününü 11-ci nəticə ilə bağlayıb. Bununla belə, 23 yaşlı sürücünün ilk sessiyanı buraxdığını nəzərə almaq lazımdır. Belə ki, həmin sessiyada onun McLaren bolidini Pato O’Vard idarə edib. Buna görə də Piastri bildirib ki, əhvalı normaldır və o, sabahkı sessiyalara qədər tempini artırmağı bacaracaq.
Oskar Piastri: “Fikrimcə, Medium tərkibli təkərlərlə maşın normal çalışır, amma Soft tərkibli təkərlə sürərkən sıralanma tempində maksimal ilişməni ala bilmədim. Tədricən ritmə düşürəm, ancaq sabaha qədər yaxşılaşdırmalı olduğumuz bir neçə məqam var.
Hələlik yalnız bir sessiyada sürmüşəm, buna görə nəticəni pis hesab etmirəm. Maşının tempi kifayət qədər yaxşıdır, sadəcə, sazlanmalarda müəyyən xırda düzəlişlər lazımdır. Pilotaj hissiyyatı ideal deyil, ancaq xüsusi bir çətinlik də yoxdur.
Düşünürəm ki, sabahkı sıralanma üçün şansım yaxşıdır. Maşın sürətlidir, sadəcə, sükan arxasında daha komfortlu olmaq üçün daha çox dövrə vurmalıyam. Sabah əlavə dövrələr vuracağam, təkərlərlə daha çox işləyəcəyəm və hər şey qaydasında olacaq”.




Şərh əlavə et