Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Tam razı deyiləm

McLaren komandasının sürücüsü Lando Norris Əbu Dabidə cümə günü sürətli olsa da, yenə də təmkinli danışır.

Britaniyalı sürücü cümə gününün ən sürətli pilotu olub. O, ən yaxın rəqibi Maks Ferstappeni 0.3 saniyə qabaqlayıb.

Lando Norris: “İndiyə qədər işlər pis getmir, amma maşından daha çox şey almaq istəyirəm. Hələ tam razı deyiləm və sükan arxasında özümü tam rahat hiss etmirəm. Buna görə də hazırda müxtəlif yanaşmaları yoxlayırıq, təhlillər aparırıq və bir neçə məqamı başa düşməyə çalışırıq.

Ümid edirəm ki, axşam əlavə sürət tapa biləcəyik, lakin ümumi nəticələr pozitivdir. Yenə də bilirik ki, sıralanma turunda nəticələr çox sıx olur, ona görə də hələ sevinməyə tələsmirik”.

Rauf Hacıyev

Şərh əlavə et