Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlərin son yarışda seçimi kimdir?

Bukmeyker kontorları mövsümün son yarışı olan Əbu Dabi Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Mövsümün final mərhələsinin favoriti Maks Ferstappen hesab edilib. Lando Norrisin qələbə ehtimalı onunkundan təxminən yarım dəfə az qiymətləndirilib, Oskar Piastrinin qalib gəlmə şansı isə iki dəfə aşağı göstərilib.

Digər pilotların qələbə şansı bukmeykerlərin fikrincə o qədər də yüksək deyil, amma titul uğrunda mübarizə aparan bu üçlüyü nəzərə almasaq, Yas Marina trasında qalib gəlmək ehtimalı ən çox Corc Rassellə verilib.

Maks Ferstappen – 2.20
Lando Norris – 3.25
Oskar Piastri – 4.50
Corc Rassell – 11.00
Kimi Antonelli – 15.00
Şarl Lekler – 41.00 
Lyuis Həmilton, Karlos Sayns – 81.00

Lando Norris mövsümün final mərhələsinə Maks Ferstappendən 12, Oskar Piastridən isə 16 xal öndə gələcək. Bukmeykerlər hesab edirlər ki, Əbu-Dabidə çempionluq McLaren-in britaniyalı pilotuna qismət olacaq, amma Fərstappeni də tam şəkildə yarışdan silmək olmaz.

Lando Norris – 1.33
Maks Ferstappen – 3.50
Oskar Piastri – 13.00

Elçin Zodorov

Şərh əlavə et