Mövsüm ərzində gənc pilotlara ən azı dörd sərbəst yürüşdə şans verilməsini tələb edən reqlamentə uyğun olaraq, bu sessiyada səkkiz komanda sükan arxasına gəncləri oturdub.
McLaren-də Pato O’Vard Oskar Piastrini əvəz edib, Red Bull-da Arvid Lindblad Yuki Tsunodanın maşınını sürüb, Ferraridə Artur Lekler Lyuis Həmiltonun bolidinə əyləşib. Williamsda Lyuk Brauninq Aleks Elbonu əvəz edib, Racing Bulls-da Ayumu İvasa Liam Lousonun yerinə çıxıb. Aston Martin isə iki gənci – Cek Krouford və Kin Şildsi trasa buraxıb. Haas F1-də Rio Hirakava Esteban Okonun maşınını sürüb, Alpine-də isə Paul Aron Pyer Qaslini əvəz edib.
Gənc pilotların əksəri Mövsüm bitdikdən sonra – dekabrın 9-da keçiriləcək birgünlük testlərdə də işləyəcəklər
Gənclərin çoxluğu bu mövsümdə çempionun müəyyənləşəcəyi son həftəsonunu gərgin proqramını bir qədər yumşaldıb. Titul namizədlərindən Lando Norris və Maks Ferstappen trasa çıxıb, Piastri isə boksdan Pato O’Vardın öz maşınını necə idarə etdiyini izləyib.
Pirelli bu yarışa “yumşaq” üçlüyü – C3, C4 və C5 (Hard, Medium və Soft) gətirib. Sürücülərin əksəri sessiyaya Hard-la başlayıb. Kolapinto, Norris, Şilds və Brauninq Medium-la, O’Vard isə Soft-la trasda görünüb.
Gənc pilotlar trasda kifayət qədər sıxlıq yaradıblar və bəzən bir-birlərinə mane olublar. Hacar Brauninqin hərəkətlərinə görə əl-qol hərəkətləri ilə narazılığını bildirib, Brauninq isə radio əlaqəsinin pis işlədiyini deyib. Stüardlar heç kimi cərimə etməyib. Brauninq boksda radio bloku dəyişdirildikdən sonra yenidən trasa dönüb.
Berman güc itkisi yaşadığını bildirib və boksa qayıdıb. Britinayıla sürücünün Haas-ının hidravlik sistemində təzyiq sensoru sıradan çıxıb, lakin o tezliklə trasda öz yerini alıb.
Yas Marinanın asfaltı mövsümün son ilk sessiyası üçün ənənəvi şəkildə çirkli və sürüşkən olub. Lindblad döngələrin əvvəlində sürüşmə olduğunu, sanki “buzun üstündə gedirmiş kimi” hərəkət etdiyini bildirib. Artur Lekler, O’Vard və Brauninq trasdan çıxıb, Şarl Lekleri isə beşinci döngədə yerində fırlanıb, lakin maşına zərər dəyməyib.
Sessiyanın ikinci hissəsində sürücülər Soft-a keçiblər. Asfaltla ilişmə yaxşılaşıb və sürətlər artıb. Bir çoxları maşının dalğalanmasından şikayətləniblər. Qüvvədə olan reqlamentlə son yarışda problem yenidən ortaya çıxıb.
Protokola Lando Norris başçılıq edib – 1:24.485. Britaniyalı sürücü ikinci yerdəki Maks Ferstapeni cəmi 0.008 saniyə qabaqlayıb.




Şərh əlavə et