Alman sürücü bu xüsusi həftəsonunda uzun karyerasını, dözümlülüyü və döyüş ruhunu simvolizə edən “Gladiator 1” dizaynlı xüsusi dəbilqə ilə yarışacaq.
Kokpit.az xatırladır ki, alman sürücü Formula 1-də 2010-cu ildə debüt edib. O, bu müddət ərzində Williams, Force İndia, Sauber, Renault, Racing Point, Haas komandalarında çıxış edib.
Niko Hülkenberq: “Yaddaşım o qədər də dəqiq deyil, amma bu gözəl bir dönüm nöqtəsidir. Hələ də burada olub xəyalımı yaşamağa davam etmək çox gözəldir”.
Gladiator tərzində hazırlanmış dəbilqə xüsusilə 2025-ci il mövsümündə qazandığı ilk podoumu və onun əzmini təmsil edir: “Bu idmanın tələb etdiyi xüsusiyyətləri əks etdirir: dözümlülük, döyüş ruhu, uzun müddət formada qalmaq… Bu idmanda qalmaq üçün hamısı lazımdır”.
Hülkenberqin Britaniya Qran Prisində əldə etdiyi ilk podium, Sauber komandasının da 2012-dən bəri qazandığı ilk podiun olmuşdu. Lakin mövsüm heç də problemsiz keçməyib: “2019-cu ili. sonunda fasilə vermək istəmişdim. Gələcəyi çox düşünmürdüm, amma hər şey təbii şəkildə inkişaf etdi və 2023-cü ildə geri qayıtdım”.
Sauber ilə keçirdiyi ilk mövsümü dəyərləndirən Hülkenberq bildirib ki, ilə zəif başlasalar da, Barselonadan sonra toparlanıblar: “Mövsüm iki hissəli olub. İlkin mərhələdə gözləntilərin altında qalmışdıq, amma Barselonadan sonra düzəldik və bir neçə dəfə xal qazandıq. Silverstoun, Budapeşt, Avstriya kimi traslarda yaxşı nəticələr qazandıq”.
38 yaşlı sürücü Sauber adının bu mövsümlə birlikdə tarixə qovuşması barədə isə hörmət dolu fikir bildirib: “Heç nə əbədi olmur, amma Sauberin F1-də buraxdığı miras çox böyükdür. Bu qədər uzun müddət müstəqil komanda kimi qalmaq hörmətəlayiqdir”.
Beləliklə, alman sürücü karyerasının ən əlamətdar həftələrindən birində həm öz yolunu, həm də Sauberin mirasını xüsusi dəbilqə və emosional bir vida ilə qeyd edib.




Şərh əlavə et