Titul uğrunda həlledici yarışdan əvvəl jurnalistlər Oskar Piastridən “bu həftəsonu nəsə dəyişməyi, yaxud Lando Norris ilə məlumat mübadiləsini məhdudlaşdırmağı planlaşdırırmı?” soruşublar. Amma gənc avstraliyalı sualı zarafatla cavablandırıb…
Oskar Piastri: “Nəyi dəyişəcəyəm? Boksların arasına karton baryer qoyacağam”. (gülüb) “Yox, hər şey əvvəlki kimi olacaq.
Aydındır ki, hər birimiz maşını maksimum sürətli etmək və yarışı qazanmaq üçün çalışırıq. Həmişə istəmişik ki, yarışmaq və qalib gəlmək üçün bərabər imkanlarımız olsun və bu həftə də heç nə dəyişməyəcək.
Zek və ya Andrea istəsək belə nəyisə dəyişməyimizə icazə verməzdilər, buna əminəm. Bu səbəbdən yox, hər şey həmişəki kimi olacaq.
Komanda əmrinə gəlincə… Bu barədə də heç nə müzakirə etməmişik. Onsuz da bizdən nə tələb olunacağını bilməyincə, buna cavabım ola bilməz”.




Şərh əlavə et