Bugünkü FIA mətbuat konfransında jurnalistlərin suallarına verdiyi cavablara əsaslansaq, onun əhvalı normaldır və bu yarışa bir qədər fəlsəfi yanaşdığı görünür.
Lando Norris: “Bu həftəsonuna başqa hər hansı həftəsonu kimi hazırlaşmışam. Heç nə dəyişməyib. Təbii ki, müəyyən mənada Qətər mərhələsinin nəticələrini analiz etmişik, amma bu, hər yarışdan sonra etdiyimiz adi işdir. Bizim üçün nəyin düzgün getmədiyini, hansı səhvləri etdiyimizi müəyyənləşdirməli idik. Bəzən daha az nəzərə çarpan məqamlar da olur ki, həmin yerlərdə daha yaxşı işləyə bilərdik.
Lakin bütün bunlar növbəti yarışa hazırlıq üçün etdiyimiz adi təhlildir. Komandadakı münasibət də eynidir. Sadəcə, güman edirəm ki, indi hamı bir az daha həyəcanlanlıdır.
Mövsümə gəlincə, il boyu xırda çətinliklər həmişə olub. Təbii ki, məndən asılı olan məqamlara baxsaq, bəziləri daha aydın görünürdü. Məsələn, Kanadanı xatırlasaq, etiraf etməliyəm ki, orada hər şeyi özüm korlamışam və çox xal itirmişəm. Çində sıralanma turunda etdiyim səhv də yadımdadır.
Bundan başqa, daim hansısa xırda şeylər baş verib, amma bu, hamıda belə olub. Bəzən bəxtim gətirməyib, məsələn, Zandfortda finişə çata bilməmişəm, ya da Las-Veqasda diskvalifikasiya olunmuşuq. Düzdür, həmin halda sadəcə bəxtsizlik olmayıb, komanda öhdəliyi istənilən kimi yerinə yetirməyib və mən orada da çox xal itirmişəm.
Ümumilikdə isə deyə bilmərəm ki, açıq-aşkar probleminimiz olub. Bir neçə dəfə öz səhvimi etiraf etmişəm, bir neçə dəfə komanda səhv edib. Məsələ bundan ibarətdir”.
Landonun komanda yoldaşı Oskar Piastridən nə gözlədiyi barədə də sual verilib: əgər yarışda Maks Ferstappen lider getsə, Piastri üçüncü, Norris isə dördüncü olsa, bu nəticə Red Bull sürücüsünü çempion edəcək. Halbuki Lando üçün çempionluq üçün podium kifayət edir.
Lando Norris deyib: “Biz bunu müzakirə etməmişik. Amma düşünmürəm ki, komanda yoldaşımdan məni buraxmasını istəyərdim, baxmayaraq ki, açığı, istərdim. Bilmirəm… Bu, Oskardan asılı olacaq, məndən yox.
Əgər yerlərimiz dəyişsəydi, mən komanda yoldaşımı buraxmaq istəyərdimmi? Şəxsən mən belə hesab edirəm ki, buraxardım. Çünki mən belə insan olmuşam və həmişə də belə olacağam. Amma heç nə istəmək fikrində deyiləm, bunu etmək istəmirəm, çünki bunun ədalətli olmadığını düşünürəm.
Əgər bu halda Maks çempion olsa, demək, belə olmalıymış. Onu təbrik edib 2026-cı ilə hazırlaşmağa başlamaq lazım olacaq. Bu, mənim həyatımı dəyişməyəcək…”




Şərh əlavə et