Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabidə titul ssenariləri necə olacaq?

2025-ci il Formula 1 mövsümünün çempionu Əbu-Dabidə müəyyən olunacaq.

Son yarışda Lando Norris, Maks Verstappen və Oskar Piastrinin titulu qazanmaq şansı qalıb. Mümkün ssenarilər isə belədir:

Lando Norris çempionluq mübarizəsinin əsas favoriti sayılır. O, Maks Verstappeni 12, Oskar Piastrini isə 16 xal qabaqlayır. Qələbə 25 xal gətirdiyinə görə, Lando üçün rəqiblərin nəticələrindən asılı olmayaraq sadəcə podiuma çıxmaq kifayət edir. Bundan sonrakı variantlar isə daha mürəkkəbdir.

Lando Norris hansı hallarda çempion olacaq?

Lando Norris Maks Verstappen Oskar Piastri
1-ci Fərqi yoxdur Fərqi yoxdur
2-ci Fərqi yoxdur Fərqi yoxdur
3-cü Fərqi yoxdur Fərqi yoxdur
4-cü 2-ci və ya aşağı Fərqi yoxdur
5-ci 2-ci və ya aşağı Fərqi yoxdur
6-cı 2-ci və ya aşağı 2-ci və ya aşağı
7-ci 2-ci və ya aşağı 2-ci və ya aşağı
8-ci 3-cü və ya aşağı 2-ci və ya aşağı
9-cu 4-cü və ya aşağı 2-ci və ya aşağı
10-cu 4-cü və ya aşağı 3-cü və ya aşağı
11-ci və ya aşağı 4-cü və ya aşağı 3-cü və ya aşağı

Maks Verstappen hansı hallarda çempion olacaq?

Maksın ardıcıl beşinci titulu qazanmaq şansı yalnız o halda qalır ki, o, mütləq ilk üçlükdə finiş etsin. Üstəlik, hər şey onun nəticəsindən asılı deyil. Rəqiblərin də müəyyən yerlərdən yuxarı qalxmaması lazımdır.

Maks Verstappen Lando Norris Oskar Piastri
1-ci 4-cü və ya aşağı Fərqi yoxdur
2-ci 8-ci və ya aşağı 3-cü və ya aşağı
3-cü 9-cu və ya aşağı 2-ci və ya aşağı

Oskar Piastri hansı hallarda çempion olacaq?

Piastrinin şansı ən aşağıdır. O, heç bir halda 2-ci yerdən aşağı finiş görə bilməz və eyni zamanda rəqiblər də müəyyən yerlərdən yuxarı bitirməməlidirlər.

Oskar Piastri Lando Norris Maks Verstappen
1-ci 6-cı və ya aşağı Fərqi yoxdur
2-ci 10-cu və ya aşağı 4-cü və ya aşağı

 

Rauf Hacıyev

Şərh əlavə et