Xəbəri Kokpitdə Oxuyun!

McLaren xüsusi rəng çalarını təqdim edib

McLaren komandası Əbu Dabi Qran Prisində xüsusi rəng çaları ilə çıxış edəcək. Bu rəng çalarının hazırlanmasında dünyanın müxtəlif ölkələrindən olan doqquz McLaren azarkeşi iştirak edib.

Yeni dizayn Live Your Fandom reklam kampaniyası çərçivəsində hazırlanıb və hər biri komandanın azarkeşlərinə unudulmaz xatirələri xatırladan, həmçinin McLaren-in Formula 1-dəki irsini və ruhunu simvolizə edən unikal işarələrdən ibarətdir.

Xüsusi rəng çaları yalnız bolidlərə deyil, həmçinin sürücülərin kombinezonlarına və komandanın boks zonasının tərtibatında da tətbiq olunub.

Luiza Makiven, McLaren Racing-in marketinq direktoru: “Azarkeşlərimiz gördüyümüz hər işin mərkəzində dayanır və bu xüsusi dizayn da onlara təşəkkürümüzü göstərməyin başqa bir yoludur. Live Your Fandom kampaniyası sayəsində onların ehtirasını və kreativliyini qeyd edə bildik və Papaya ailəsini daha da birləşdirdik”.

Rauf Hacıyev

Şərh əlavə et