Bu qərar nəticəsində McLaren qələbəni əldən verib və finişdən sonra komandanın rəhbəri Andrea Stella bunun səhv olduğunu etiraf edib.
Andrea Stella: “Ümumi nəticə məyusedicidir. Oskarla yarışı qazana bilərdik, amma qələbəni əldən verdik. Lando ilə də podium şansını itirmiş olduq. Təbii ki, istədiyimiz nəticə bu deyildi.
Təhlükəsizlik maşını yeddinci dövrədə trasa çıxanda verdiyimiz qərarı dəyərləndirəcəyik. Hər zaman olduğu kimi, nəticə çıxaracağıq və növbəti – daha da vacib olan mərhələyə daha güclü qayıdacağıq.
Biz pitə girməmək qərarı verdik. Açığı, rəqiblərin hamısının pit-stop edəcəyini gözləmirdik. Lakin hamı boksa yönələndə bu addım onlara üstünlük verdi və düzgün qərar olduğu məlum oldu. Yarışa liderlik edəndə başqalarının necə davranacağını proqnozlaşdırmaq çətindir.
Əgər hər iki maşınımızı eyni anda boksa çağırsaydıq, Lando çox vaxt itirəcəkdi. Ancaq əsas səbəb o idi ki, digər sürücülərin pitə girməsini gözləmirdik. Qərar verdik və bu qərar yanlış oldu”.




Şərh əlavə et