Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Red Bull yaxşı işlədi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Red Bull komandası Qətər yarışında daha yaxşı iş görüb.

Kokpit.az xatırladır ki, Qətər yarışının yedddinci dövrəsində Niko Hülkenberqlə Pyer Qasli arasında insident yaşanıb və trasa təhlükəsizlik maşını daxil olub. Bu anda Maks Ferstappen pit-stop edib. McLaren pilotları isə pitə daxil olmayaraq, trasda qalıblar. Bununla da Lando yarışı dördüncü yerdə bitirib.

Lando Norris:  “Təhlükəsizlik maşını trasa çıxanda biz sadəcə komandanın doğru qərar verəcəyinə güvənirik. Hər dəfə müəyyən risk var. Bu dəfə səhv etdik: Oskar qələbəni əldən verdi, mən isə ikinci yeri. Bəli, bu gün alınmadı, amma digər yarışlarda çox güclü idik. Məhz bunun sayəsində Mühəndislər Kubokunu vaxtından əvvəl qazanmışdıq. Bu gün bizim günümüz deyildi. Həyat belədir.

Bu gün də, dünən də Red Bull sürət baxımından bizdən zəif deyildi. Sadəcə onlar daha düzgün qərar verdilər və işi daha yaxşı icra etdilər. İndi hər şeyi təhlil etməli, səhvin haradan qaynaqlandığını anlamalı və nəticə çıxarmalıyıq. Hər şeyi həmişə mükəmməl etmək mümkün deyil”.

Rauf Hacıyev

Şərh əlavə et