Xəbəri Kokpitdə Oxuyun!

Lindblad 41 nömrəni seçib

Arvid Lindblad gələn mövsüm Formula 1-də debüt edəcək. Britaniyalı sürücü Racing Bulls komandasından Red Bull Racing-ə yüksəlib gedən Ayzek Hacarı əvəz edəcək.

Lindblad bu mövsüm artıq Formula 1 maşınının sükanı arxasına keçib. Arvid Britaniya Qran Prisinin və Meksika Qran Prisinin ilk sərbəst yürüşlərində iştirak edib, həmin sessiyalarda müvafiq olaraq Yuki Tsunodanı və Maks Ferstappeni əvəz edib.

Hər iki dəfə Lindbladın maşınında 36 nömrəsi olub, lakin debüt mövsümündə o başqa nömrə ilə çıxış edəcək. Racing Bulls-un mətbuat xidməti təsdiqləyib ki, Arvid 41 nömrəsini seçib. Böyük ehtimalla britaniyalı sürücü bu seçimin səbəbini gələcəkdə açıqlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et