Xəbəri Kokpitdə Oxuyun!

K.Şilds Alonsonu əvəz edəcək

Aston Martin Abu-Dabi Qran Prisinin birinci sərbəst yürüş sessiyası üçün heyətdə dəyişiklik elan edib. Formula 2 pilotu Kin Şilds AMR25-in sükanı arxasına keçəcək və Fernando Alonsonu əvəz edəcək.

20 yaşlı britaniyalı pilot sessiyada daha əvvəl Ləns Strollun yerinə çıxacağı təsdiqlənmiş Cek Krouforda qoşulmuş olub.

Bu sessiya Şildsin Formula 1-də yarış həftəsonu çərçivəsində ilk rəsmi çıxışı olacaq. Mövsüm ərzində o, Aston Martin-in simulyatorunda çoxlu işləyib və TPC proqramı (Testing of a Previous Car – əvvəlki il bolidinin testləri) çərçivəsində 500 kilometr məsafə qət edib.

Kin Şilds: “Birinci sərbəst yürüş sessiyasında iştirak şansı verdiyi üçün Aston Martin-ə çox minnətdaram. Bu il komanda ilə işləyərkən həm simulyatorda, həm də TPC testlərində çox şey öyrənmişəm. İndi isə mənə yarış həftəsonunda AMR25-i sürmək etibar edilib. Bu, inanılmaz hissdir.

Cümə günü komandanın işinə maksimum töhfə verməyə və bu təcrübədən zövq almağa çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et