Bu qərar strategiya faktorunu demək olar ki, sıfıra endirib, lakin keçən il asfalt üzündən yaşanan deşiklərin təkrarlanmasının qarşısını almağa imkan verib.
Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib: “Qətərdəki yarışda strateji qərarların hamısı təhlükəsizlik avtomobilinin trasda görünməsi ilə bağlı olub. Medium təkərlər yaxşı kompromis rolunu oynayıb, bütün stint boyunca kifayət qədər yol tutuşu və yüksək sürət təmin edib.
Demək olar ki, bütün sürücülər Hard tərkibdən yalnız son stintdə istifadə etsələr də, C1 də öz effektivliyini göstərib və bəzi hallarda C2-dən daha sürətli olmağa imkan verib.
Ön günlərlə müqayisədə bu dəfə dənlənmə xeyli az müşahidə olunub və bu, güclü aşınma hallarını müəyyən qədər azaldıb, amma tam aradan qaldırmayıb. Nəticədə sübut olundu ki, 25-dövrə limiti hər hansı problemi rahatlıqla önləməyə imkan verir.
Bu yarışın sürətli intriqası və həftəsonu boyunca yenilənən tras rekordları göstərir ki, mövsüm boyu rəqabət hər zamankından daha sərt olub. Buna görə də titulun taleyinin son mərhələdə həll olunması, üç güclü rəqibin həlledici döyüşə çıxması heç də təəccüblü deyil”.




Şərh əlavə et