Xəbəri Kokpitdə Oxuyun!

FİA bəyanat yayıb

Yarışın Qətərdəki finişindən sonra Mercedes komandası, gənc italiyalı sürücü Kimi Antonellinin Lando Norrisin onu son döngələrdə ötməsi ilə bağlı yaranmış anlaşılmazlıq səbəbindən ünvanına 1100-dən çox təhqiredici mesaj aldığını qeydə alıb. Bu mesajların içində ölümlə hədələmə də yer alıb. FIA bu dalğaya reaksiya verməyə bilməyib.

Söhbət Qətər yarışının son dövrəsində Antonellinin səhvindən sonra Norrisə uduzduğu epizoddan sonra daha da böyüyüb.

Maks Ferstappenin yarış mühəndisi Canpyero Lambyaze təkrar görüntülərinə baxmadan radio ilə “Antonelli, deyəsən, Norrisə yol verdi” demişdi. Yarışdan sonra bu məsələ Lambyaze ilə Mercedes komandasının rəhbəri Toto Volf arasında aydınlaşdırılıb və anlaşılmazlıq həll olunub.

Buna baxmayaraq, Helmut Marko, Sky Germany kanalı ilə danışığında Antonellinin Norrisə “açıq-aşkar yol verdiyini” deyərək məsələni daha da qızışdırıb. Markonun bu sözlərinə Volff emosional cavab versə də, internetdə nifrət dalğası artıq sürət götürüb.

Bazar ertəsi Antonelli sosial şəbəkədə profil fotosunu silib, Marko isə yarış yazısına yenidən baxaraq, əvvəlki fikrini dəyişib. Ardınca Red Bull rəsmi şəkildə üzr istəmək məcburiyyətində qalıb.

Bazar ertəsi axşam isə FIA bu xoşagəlməz vəziyyətə dair rəsmi bəyanat yayıb.

FIA açıqlamasında bildirilib: “FIA və onun “United Against Online Abuse” kampaniyası istənilən formada təhqir və təqibi qınayır. İdmanda çalışan hər kəs təhlükəsiz və qarşılıqlı hörmət mühitində işləməlidir.

Biz Kimi Antonellini dəstəkləyirik və geniş ictimaiyyəti — həm onlayn platformalarda, həm də real həyatda — sürücülərə, komandalara, rəsmi şəxslərə və bütün idman ekosisteminə layiq olduqları hörmət və anlayışla yanaşmağa çağırırıq”.

Rauf Hacıyev

Şərh əlavə et