Markonun bu sözləri Kimi Antonelliyə pis təsir edib. Belə ki, azarkeşlər sosial şəbəkədə italyan sürücünün ünvanına xoşagəlməz sözlər yazıblar.
Ertəsi gün isə Marko videoyazıya yenidən baxıb və fikrini dəyişdirib.
Helmut Marko: “Yazıya bir daha çox diqqətlə baxdım. İlk epizodda Antonelli (Oskar Piastri ilə mübarizədə) daha aktiv müqavimət göstərə bilərmiş, amma ikinci epizodda (Norris ilə dueldə) o, sadəcə pilotaj səhvi edib və heç kimi qəsdən buraxmayıb.
Antonellinin internetdə belə tənqidə məruz qalmasına görə təəssüf edirəm. Mövqeyimi bir daha aydın şəkildə bildirirəm – o, Norrisi qəsdən buraxmayıb. Bunu bilərək etməyib”.




Şərh əlavə et