Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Antonelli bilərək yol verdi

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bikdirib ki, Mercedes komandasınln pilotu Andrea Kimi Antonelli Qətər Qran Prisində Lando Norrisə qəsdən yol verib.

Markonun fikrincə, finişə yaxın baş verən epizod sadəcə tras xətası deyil, çempionat dinamikinə bilə-bilə təsir etmək cəhdi olub.

Qətərdə səhv strategiya səbəbindən podium mübarizəsindən kənar qalan Norris, yarışın son hissəsində 5-ci yerdə olub və Kimi Antonelliyə hücumlar edib. Bu trasda ötmə demək olar ki, Monakodakı kimu çətindir. Buna görə də Norrisin 4-cülüyə yüksələcəyi gözlənilmirdi.

Lakin yarışın sondan əvvəlki dövrəsində Antonelli 10-cu döngədə trasdan kənara çıxıb və beləliklə, Norris 4-cü yeri tutmaqla əlavə 2 xal qazanıb. Bu nəticə sayəsində britaniyalı sürücü Abu-Dabiyə 10 yox, 12 xallıq üstünlüklə yollanır.

Hadisə baş verən an Maksın yarış mühəndisi Canpyero Lambiaze radiosunda “sanki Kimi bilə-bilə yol verdi kimi görünür” – deyə şübhəli fikir səsləndirib.

Yarışdan sonra Helmut Marko da eyni xətti tutub və daha sərt danışıbd. O, Motorsport.coma müsahibəsində iddialı formada belə deyib: “Landoya az qala iki dəfə yol verdi. O qədər aşkar idi ki…”

Marko həmçinin keçmiş epizodu xatırladıb və Antonellinin əvvəl də Red Bull-a zərbə vurduğunu deyib:

“Əsas rəqibimizə yardım edir. Avstriyada da Ferstappenə çırpılmlşdı”.

Rauf Hacıyev

Şərh əlavə et