Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Gözlənilməz podium idi

Williams komandasının sürücüsü Karlos Sayns bildirib ki, podium onun üçün gözlənilməz olub.

İspaniyalı sürücünün Qətərdə qazandığı üçüncü yer  Williams-a Mühəndislər Kubokunda beşinci yeri vaxtından əvvəl təmin etməyə imkan verib. Bu, komandanın 2017-ci ildən bəri ən yaxşı göstəricisidir.

Karlos Sayns: “Xoşbəxtəm. Komandam və bu gün əldə etdiyimiz nəticə ilə inanılmaz qürur duyuram. Bu mərhələyə mövsüm ərzində bizim üçün ən çətin yarış olacağı gözləntisi ilə gəlmişdik, amma bu gün podiuma qalxdıq.

Yarış tempinin öhdəsindən əla gəldik. Maşın gözlədiyimizdən də xeyli sürətli idi. Strategiya, təkərlər və startda da hər şeyi düzgün etdik, vəziyyəti daim nəzarətdə saxladıq və sonda gözlənilməz podium qazandıq. Bizim üçün qürur duyulası çox şey var.

Bu gün hər şey istədiyimiz kimi alındı. Mövsümün ilk yarısı heç nəyin yoluna düşmədiyi ağır bir dövr idi, lakin il boyunca bir çox sahələrdə irəlilədik. Bu gün isə fürsəti qaçırmadıq və yarışı ideal şəkildə başa vurduq.

Bu podium məni valeh etdi, çünki açığı, bunu qətiyyən gözləmirdim”.

Rauf Hacıyev

Şərh əlavə et