Avstraliyalı sürücü Qətərdə həftəsonu boyunca dominant performansla çıxış etsə də, komandanın strategiya səhvindən sonra yarışı ikinci yerdə bitirib.
Oskar Piastri: “Aydındır ki, bu gün istədiyimiz nəticəni ala bilmədik. Yarışda bacardığım qədər yaxşı və bacardığım qədər sürətli sürdüm. Bütün gücümlə çalışdım, amma təəssüf ki, bu gün qalib gələ bilmədim.
Geri baxanda indi görmək olur ki, nəyi necə etməli idik, ancaq əminəm komanda ilə hər şeyi müzakirə edəcəyik. Hər şey elə də pis deyil. Həftəsonunu yaxşı keçirdim, maşın sürətli idi, sadəcə belə nəticə ilə barışmaq çətindir”.




Şərh əlavə et