Xəbəri Kokpitdə Oxuyun!

Ferrari pilotları boliddən razıdır, amma…

Ferrari komandasının pilotları boliddən razı qalsalar da, həlledici dövrəni vurmaqda çətinlik çəkiblər.

Qətər Qran Prisindəki sıralama turunda Şarl Lekler və Lyuis Həmilton müvafiq olaraq 10-cu və 18-ci nəticəni göstəriblər. Ferrari pilotları SF-25 maşınında sürət çatışmazlığı olduğu fikrində birləşiblər.

Şarl Lekler: “Təəssüf ki, hər şey bizə az-az mane oldu. Döngənin ortasında maşında yetərsiz dönmə, giriş və çıxışda isə artıq dönmə var idi. Yarış həftəsonu bizim üçün inanılmaz çətin keçir, çünki maşını trasda saxlamaq asan deyil. Məni məyus edən odur ki, maksimum risk edib, həqiqətən yaxşı dövrə vursam da, yalnız 10-cuyam və bundan artığını əldə etmək mümkün olmadı.

Lyuisin maşının normal olması ilə bağlı fikri ilə razıyam, lakin ondan daha yüksək sürət çıxarmağın mümkün olduğunu düşünmürəm. Biz olmaq istədiyimiz yerlərdə deyilik. Cümə günü ilə müqayisədə maşında çox dəyişiklik etdim, ancaq daha artıq performansa nail ola bilmədim”.

Lyuis Həmilton: “Maşın əvvəlkindən qat-qat yaxşı davranırdı, sadəcə bu nəticələrdə görünmür. Əslində idarəetmə yaxşı idi. Düzünü desəm, bu həftəsonunun əvvəlki bütün sessiyalarından daha yaxşı idarə olunurdu. Biz yaxşı görünürdük, amma sonda həlledici dövrəni vurmaq alınmadı”.

Rauf Hacıyev

Şərh əlavə et