Xəbəri Kokpitdə Oxuyun!

İzola strategiyaları dəyərləndirib

Pirelli Motorsport-un rəhbəri Mario İzola Qətər Qran Prisi üçün strategiyaları dəyərləndirib.

Bu həftəsonu Pirelli təhlükəsizlik səbəbilə təkərlərin bir dəstdə maksimum məsafəsini məhdudlaşdırıb. Belə ki, bir dəstdə 25 dövrədən artıq trasda hərəkət etmək qadağan olunub. Şənbə günü keçirilən sprintdə bu narahatlıqlar özünü doğruldub

Pirelli Motorsport-un rəhbəri Mario İzola:  “Şənbə sprinti üçün təkər seçimində yeganə fərq sıralama nəticələrinə əsasən yeni və ya işlənmiş təkərlərdən istifadə imkanının olması idi. Üç pilot sprintdə Soft təkərləri sınaqdan keçirmək üçün pit-stop etdi. Böyük ehtimalla bazar günü Qətər yarışı üçün qiymətləndirmə aparırdılar.

Keçən il olduğu kimi, biz dənlənməyə görə 100 faiz yeyilmiş, lakin performansını itirməmiş təkərlər gördük. Bu hallar əsasən ön sol təkərdə qeydə alındı və məhz buna görə bir komplektdə maksimum məsafəni 25 dövrəyə endirdik.

Dövrəvi nəticələrin həm keçən illə, həm də simulyator hesablamaları ilə müqayisədə ciddi dərəcədə sürətlənməsi təkərlərə düşən yükü gözləniləndən daha çox artırdı. Ehtiyat tədbiri kimi artıq cümə günü sessiyasının sonunda hər iki oxda minimum təzyiqi 1 psi qaldırmağı tapşırdıq.

Şənbə günü trasda təkərlər üzərində kəsiklər aşkar etdik, lakin onların sayı cümə günü ilə müqayisədə daha az idi. Bazar günü gözlənilən iki pit-stop bu problemi yüngülləşdirməlidir. Komandaların qənaət etdiyi Medium təkər dəstləri göstərir ki, onların çoxu bu təkərlə iki uzun hissə sürə biləcək.

Sprintin əvvəlində və ya Medium təkərləri ilə iki hissə arasında Hard təkərləri istifadə etmək pit-stopların daha bərabər paylanmasına imkan verə bilərdi. Lakin nəzəri olaraq, bu strategiya son hissədə Soft təkərlərini istifadə edən “üç qarışıq tərkibli” strategiyadan daha yavaşdır.

Medium – Hard – Soft strategiyası pit-stop dövrələrinin baxımından Medium – Medium – Soft kimi ən sürətli strategiya ilə eynidir və sürət sıralamasında ikinci yerdədir. Əgər trasda təhlükəsizlik maşını çıxmasa, komandalar böyük ehtimalla hər dəstdə icazə verilən 25 dövrəni maksimum istifadə edəcəklər”.

Rauf Hacıyev

Şərh əlavə et