Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Özüm səhv etdim

McLaren komandasının sürücüsü Lando Norris Qətərdəki sıralanma turundan sonra səhvini qəbul edib.

Britaniyalı sürücü son sürətli dövrəsində səhv edərək cəhdini yarımçıq saxlayıb. Buna baxmayaraq, əvvəlki nəticə Landoya startda ikinci yeri tutmağa kifayət edib.


Lando Norris
: “Bir az zəif dönmə problemi yarandı, az qala trasdan çıxacaqdım, buna görə dövrəni yarımçıq saxlamaq məcburiyyətində qaldım. Təəssüf ki, bəzən belə olur.

Oskar çox yaxşı dövrə vurdu və ümumiyyətlə, bütün həftəsonu əla sürdü. Mənim şikayət etməyə əsasım yoxdur, çünki dövrəni özüm tamamlaya bilmədim. Bununla belə, startda ikinciyəm.

Startın necə keçəcəyini heç vaxt bilmirsən. İlk dövrələrdə hamının şansları olur, lakin sonra, güman ki, hər şey daha düz-xətli ssenaridə davam edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et