Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Heç nəyi dəyişmədik

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, onlar sprint yarışından sonra maşında dəyişiklik etməyiblər.

Avstraliyalı sürücü Qətər Qran-Prisinin sıralama turunda poul qazanıb və mövsümdə altıncı dəfə həftəsonunun əsas yarışına birinci yerdən start verəcək.

Oskar Piastri: “Biz maşında demək olar heç nəyi dəyişmədik, çünki həftəsonu boyunca hər şey əla idi. Bir şey işləyirsə, onu düzəltməyə çalışmamalısan!

Komanda əla iş gördü. Hansı təkərlə trasa çıxmaqla bağlı sualımız var idi, çünki ikinci sessiyada sürətli dövrəmi artıq istifadə olunmuş təkərlərlə vurmuşdum. Amma final cəhdim yeni təkərlərlə çox yaxşı alındı, buna görə çox sevincliyəm.

Sabah əsas yarışda iki pit-stop olacaq, ona görə bütün yarışı tam templə sürəcəyii. Yarış çətin olacaq, lakin inanılmaz dərəcədə maraqlı keçəcək”.

Rauf Hacıyev

Şərh əlavə et