Xəbəri Kokpitdə Oxuyun!

Qətər F2: Vershor sprintdə qalib gəlib

Riçard Fershor Formula 2-nin Qətərdə keçirilən şənbə sprint yarışında qələbə qazanıb. Onunla birlikdə Coşua Dürksen və Rafael Vilyaqomes podiuma yüksəlib. MP Motorsport komandasınşn pilotu üçün bu qələbə mövsümdə dördüncü olub.

Startda poul sahibi Fershor kifayət qədər inamlı tərpənə bilməyərək ilk döngəyə qədər olan düzlükdə liderliyi Coşua Dürksenə uduzub.

Üçüncülük uğrunda mübarizədə Nikola Tsolov Rafael Vilyaqomesi qabaqlayıb. Viktor Marten iki pillə itirərək 10-cu sıraya düşüb. Çempionat lideri Leonardo Fornaroli 9-cu yerdən 8-ci yerə yüksəlib. Titul uğrunda onu izləyən Cek Krouford dörd pillə qazanaraq 11-ci olub. Lyuk Brauniq isə 18-ci mövqedə qalıb.

İlk dövrələrdə Dürksen Fershordan uzaqlaşa bilməyib və  4-cü dövrədə Riçard startda itirdiyi liderliyi ilk döngədə hücumla geri qaytarıb. Fershor liderliyə yüksəldikdəm sonra yarışın ən sürətli dövrəsini vurub.

Növbəti 5 dövr pilotlar yerlərini saxlayıb, 12-ci dövrədə isə Arvid Lindblad 14-cü yer uğrunda mübarizədə Oliver Göteni keçib. Bu ərəfədə Marten səhv edərək tras sərhədlərini aşıb və Cek Krouford, Dino Beqanoviç və Qabriel Minini irəli buraxıb. 13-cü yerdə yarışa qayıdan Marten daha sonra 13-cü olaraq sprinti davam etdirib. 14-cü dövrədə Lyul Brauninq 17-ci yer uğrunda Ritomo Miyatanın müqavimətini qıra bilib.

Elə həmin 14-cü dövrəni. 1-ci döngəsində Lorens van Hupen və Ceyms Vorton arasında insident baş verib. Vorton asfaltdan kənarda qırıq çınqıl tələsinə ilişib və qırın asılqanla orada qalıb. Trasda Təhlükəsizlik Avtomobili (Safety Car) rejimi aktiv edilib.

Bu vəziyyətdən Roman Stanek, Arvid Lindblad, Oliver Göte, Lyul Brauninq, Ben Bennett və Frenk Şilds yararlanaraq pitə gediblər və Soft təkərlə trasa qayədıblar. Göte, Maini, Braun və digərləri də eyni taktikanı seçiblər. Pitlərdən 1 dövrə sonra Kuş Maininin bolidi mexaniklərin təkəri düzgün bərkitməməsi səbəbindən yolda qalaraq dayanıb.

Restart 17-ci dövrədə verilib və ilk onluqda heç kim yerini itirməyib. Fershor sürətini artıraraq 1:40.164 zaman nəticəsi ilə sprintin ən sürətli dövrə rekordunu yeniləyib və rəqiblərdən aralanmağa başlayıb.

20-ci dövrədə trasda yenidən Təhlükəsizlik Avtomobili görünüb, çünki Kinq Şilds bolidin idarəetməsini itirərək yerində fırlanıb və mübarizəni dayandırıb.

Evakuasiya uzandığı üçün restart sprintin son dövrəsində verilib. Bu anda Rafael Vilyaqomes üçüncülük uğrunda mübarizədə Tsolovu sıxışdıraraq, onu trasdan kənara çıxarıb. Nəticədə Vilyaqomes yarışı 3-cü yerdə tamamlayıb, Nikola Tsolov isə 10-cu yerə düşüb.

Riçard Fershor yarışı sonadək lider apararaq qələbəni rəsmiləşdirib. Qazandığı 10 xal və ən sürətli dövrə üçün əlavə 1 xal ona şəxsi hesabda 3-cü yerə qalxmağa imkan verib və niderlandlı pilot Lyuk Brauninqi geridə qoyub.

Coşua Dürksen 6-cı dəfə podium görərək 2-ci sırada finişə çatıb. Rafael Vilyaqomes isə mövsümdəki ən yaxşı nəticəsini təkrarlayaraq 3-cü olub. Çempionatın lideri Leonardo Fornaroli sprinti 6-cı bitirib. Onu izləyən Cek Krouford isə yarışı 8-ci sırada tamamlayıb.

Rauf Hacıyev

Şərh əlavə et