Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Maksı güzgülərdə görmədim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, yarış ərzində Maksı güzgülərdə görməyib.

Britaniyalı sürücü Qətərdə keçirilən sprint yarışında minimum hədəfə çataraq 3-cü yerdə finişə gəlib. İlk dövrələrdə Maks Ferstappen ona hücum etməyə çalışsa da, McLaren-in pilotu mövqeyini qoruyub. Finişdən sonra Lando keçən sprinti belə şərh edib.

Lando Norris: “Açığı, mən Maksı güzgülərdə heç görmədim. Mən sadəcə önümdəki Corcun maşınına baxır və daha yuxarı qalxmağa çalışırdım. Startda çox sıx mübarizə vardı, arxamda nələrin baş verdiyini isə bilmədim, sadəcə diqqətim ön tərəfdə idi.

Sprint uzun bir hissəyə çevrildi və bütün  yarış ərzində daim hücumda olmalı oldum. Sabah bizi çətin yarış gözləyir. Bu trasda ötmək həddən artıq çətindir, buna görə də hər şey sıralanma turundakı nəticədən asılı olacaq.

Komanda, bu il  yenə də mənə əla maşın verdi. Bolid sürətlidir, sıralamada ideal dövrəni vurmaq inanılmaz dərəcədə çətin olacaq, ancaq mən buna hazıram”.

Rauf Hacıyev

Şərh əlavə et