Britaniyalı sürücü keçən il olduğu kimi Qətər sprintinə 2-ci yerdən start alıb və bu dəfə mövqeyini qoruyub, finişdən sonra isə bunun heç də asan olmadığını etiraf edib.
Corc Rassell: “Yarış yaxşı keçdi. 2-ci yerdə finiş görmək xoş oldu. Əlbəttə, bilirik ki, McLaren-in pilotları çox sürətlidirlər, amma son iki dövrə əsl sınağa çevrildi.
Bu tras çox sürətlidir, idarəetmə baxımından ən zövqlü traslardan biridir, ancaq maşınlara və təkərlərə böyük yük düşür. Finişə çata bildim və buna görə sevinirəm”.




Şərh əlavə et