Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Belə davam etməliyəm

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, Qətər trasını çox sevir.

Avstraliyalı sürücü Qətərdə sprint yarışını qazanaraq şəxsi hesabda Lando Norrislə xal fərqini 22-yə endirib. Yarışdan sonra McLaren-in avstraliyalı pilotu sessiyanın yekunlarını qısa şəkildə dəyərləndirib.

Oskar Piastri: “Hazırda həftəsonu bizim üçün yaxşı keçir. Sprint problemsiz getdi və işlərin bu cür davam etməsindən razı qaldım. Bu ruhda davam etməliyəm.

Qətər trası son dövrlərdə yarışdığımız traslardan çox fərqlənir. Burada sürətlər və asfaltla ilişmə daha yüksəkdir. Düşünürəm ki, son həftələrdəki problemlərim tempi itirməyimlə yox, bəzi şeylərin istədiyim kimi alınmaması ilə bağlı idi.

Qətərdə hər şey daha rahat getdi və sürətim kifayət qədər yüksəldi. Bu trası sevirəm və bura qayıdanda yenidən zövq aldım.

İndi ideal nəticə üçün sıralanma turunda daha da güclənməliyik. Sprintli həftəsonlarında hamı tədricən sürəti artırır, buna görə də boliddən maksimumu çıxarmaq vacibdir. Ən yüksək nəticəyə nail olmaq üçün hər şeyi sıxıb çıxarmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et