Sprintə pouldan Piastri başlayacaq

Sprintə pouldan Piastri başlayacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mövsümün sonuna yaxınlaşdıqca mübarizə də gərginləşib və artıq poula iddia edən daha çox sürücü var.

Yeganə məşqlərdə sürücülər demək olar ki, bütün vaxtı C1 təkərləri ilə işləyiblər – iki gündən sonra yarış strategiyası onların üzərində qurulacaq. Yalnız sessiyanın sonunda demək olar ki, hər Qran Pridə istifadə olunan, yaxşı tanış C3 tərkibli Soft-a keçiblər.

Əsas problem tras hüdudlarından kənara çıxmalar olub, stüardlar bunları həmin nəticələrin ləğvi ilə cəzalandırıb. Amma qumlu, sürüşkən trasda trayektoriyanı bütün təkərlərlə aşmadan sürətli dövrə vurmaq çətin olub. Uğur buna nail olanlara qismət olub.

Reqlament sürücüləri birinci və ikinci sessiyada C2-dən istifadə etməyə məcbur edib və onlar da buna əməl ediblər.

Birinci sessiyada ən yaxşı nəticəni Ferstappen göstərib, dövrəni 1:21.172-lik vaxt dilimində başa vurub. Mübarizədən Kolapinto, Qasli, Həmilton, Louson və Stroll poul yarışından kənarda qalıblar.

İkinci sessiyada McLaren sürücüləri sürəti artırıb, trasdan kənara çıxmalar və ləğv edilən dövrələr çoxalıb. İlk cəhddə Lando protokollara başçılıq edib, Piastrini bir qədər qabaqlayıb və onun 1:20.956-lik nəticəsi ən yaxşı olaraq qalıb. Okon, Hülkenberq, Bortoleto, Berman və Həcər üçün mübarizə başa çatıb.

Finalda Ferstappen güclü silkələnmədən şikayət edib və tras hüdudlarından çıxıb, McLarendə isə ən yaxşı dövrələr əl dəyişdirib. Rassell onların mübarizəsinə qarışmağa çalışıb və nəticədə ikinci olub. Piastri hamını üstələyib – 1:20.055.

Oskar Piastri mövsümdə 4-cü dəfə sprint yarışı üçün poul mübarizəsinin qalibi olub. Onunla ilk cərgəni Corc Rassell paylaşacaq. İkinci cərgə Lando Norris və Fernando Alonsonun, ümüncü cərgə isə Yuki Tsunoda və Maks Ferstappenindir.

Bunları da oxuyun

Şərh əlavə et