Sprint sıralama turunda Fernando Alonso final sessiyasına yüksəlib, onun komanda yoldaşı Ləns Stroll isə ilk sessiyada mübarizəni dayandırıb.
Fernando Alonso: “Bu, bu il bizim üçün ən yaxşı sıralama nəticələrindən biri oldu. Maşın ilk sərbəst yürüşdən yaxşı vəziyyətdə idi. Sıralanma turunda trafiklә bağlı bəzi problemlərə baxmayaraq, bütün cəhdlərimi yaxşı sürdüm.
Addım-addım irəliləyəcəyik. Sabah sprint olacaq və sıralanma turunda nəticələri daha da yaxşılaşdırmağa çalışacağıq”.
Ləns Stroll: “Sürətli dövrə alınmadı. İlk sessiyanın sonunda 1-ci döngədə trafikə düşdüm və irəli keçə bilmədim.
Sabah sprintə 16-cı başlamaq çətin olacaq, amma görək sonda nə alınacaq”.




Şərh əlavə et