Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Sprint əyləncəli keçməyəcək

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, daha yaxşı nəticə göstərməsinə bolidin balansı və düzlüklərdə yaranan güclü dalğalanma problemləri mane olub.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü sprinr sıralanma turunsa altıncı olub və komanda yoldaşı Yuki Tsunodadan geridə qalıb.

Maks Ferstappen: “Elə ilk dövrədən işlər yaxşı getmədi. Maşın daim yellənirdi və çox aqressiv dönməzlik vardı. Bu davranış sürətli döngələrdə həddən artıq dönməyə çevrilirdi. Bu, sürətlə getmək üçün lazım olan xarakterdən tam fərqli idi.

Biz sükan idarəetməsində bəzi dəyişikliklər etməyə çalışdıq, amma kömək etmədi və vəziyyəti daha da pisləşdirdi. Komanda məşqdən sonra boliddə müəyyən tənzimləmələr etdi, lakin bu qərar nəticə vermədi. Səbəbi başa düşməliyik.

Bu balansla sprint çox da əyləncəli olmayacaq. Finişə çatmağa çalışacağam və əsas sıralanma turundan əvvəl boliddə bəzi düzəlişlər edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et