Xəbəri Kokpitdə Oxuyun!

Formula 2-nin Qətərdə keçən sıralama turundan sonra stüardlar poulun sahibi Oliver Göteni cərimələyib.

MP Motorsport komandasının pilotu sürətli dövrədə olan  rəqibi Martinius Stenşorna altıncı döngədə mane olub. Cərimə nəticəsində Göte bazar günü yarışının startında üç yer itirəcək.

Beləliklə, bazar günü Formula 2 üzrə Qətər yarışına çempionatın lideri Leonardo Fornaroli poul-dan start götürəcək.

Rauf Hacıyev

Şərh əlavə et