Avstraliyalı sürücü Qətərdə sprint üçün keçirilən sıralanma turunda ən yaxşı vaxtı göstərib və bu mövsüm ikinci dəfə şənbə günü sprint yarışına birinci yerdən başlayacaq. McLaren-in pilotu nəticədən çox məmnundur və komandaya sürətli maşın verdiyinə görə təşəkkür edib.
Oskar Piastri: “Çox gözəl gün keçdi, buna görə çox sevincliyəm. Bəzən elə günlər olur ki, hər şey səhərdən axşama qədər mükəmməl işləyir. Bu da elə günlərdən biri oldu. Sprint üçün sıralanma turu da əla keçdi.
Sürətli dövrəmdə bir təhlükəli an yaşadım, amma yenə də birinci yeri tutmağa bəs etdi. Komandaya böyük təşəkkür. Bu maşın həqiqətən əladır. Bu həftəsonu çox yaxşı formadayıq, bundan çox məmnunam.
Əlbəttə, hələ inkişaf etdirəcəyimiz yerlər var, ancaq birinci yerdən başlayanda bunları demək daha xoş olur.
Sabahkı sprinti səbirsizliklə gözləyirəm. Bəli, sprintdə çox xal vermirlər, lakin mənə bu da kifayətdir.
Sprintli həftəsonlarında rəqiblərin gücünü dəqiq bilmək çətindir, amma bu gün bütün gün sürətli idik. Beləliklə, əsas sıralanma turundan əvvəl öz gücümüzü yaxşı başa düşdük”.




Şərh əlavə et