Pilotlar sessiya başlayan kimi işi uzatmayıb və dərhal trasa çıxıblar. Lakin Ceyms Vorton texniki problemlərə görə pitdən kənara çıxa bilməyib.
Sürücülər iki isidilmə dövrəsi tamamlayan kimi tam hücum rejiminə keçiblər. İlk sürətli dövrədən sonra ən yaxşı nəticə Fornaroliyə məxsus olub. Cek Krouford və Roman Stanek ondan bir qədər çox geri qalıblar.
Lourens van Hupen və Kuş Maini sürətli dövrələrini tras limitlərini aşaraq korlayıblar. Vorton demək olar ki, 10 dəqiqə itirib, sonda trasa dönsə də, qızdırma dövrəsindən sonra yenidən bokslara qayıdıb.
Pilotlar təkərləri soyudub və daha sonra sürətli dövrələri davam etdiriblər. İlk olaraq Viktor Marten Fornarolinin vaxtını keçib, amma ART komandasının pilotu ön sıranı uzun müddət saxlaya bilməyib. Onun nəticəsini böyük qrup – o cümlədən Fornaroli özü – yaxşılaşdırıb və Leonardo liderliyi yenidən geri alıb. Stanek ondan təxminən 0.2 saniyə geri qalıb.
Sessiyanın son 11 dəqiqəsinə az qalmış sürücülər yenidən trasa dönərək ikinci sürətli dövrə seriyasına başlayıblar. Bu dəfə təsnifat protokoluna bDino Beqanoviç başçılıq edib. Daha sonra ardıcıl olaraq onun vaxtını Göte, Stanek və Fornaroli keçib və Leonardo yenidən zirvəyə dönüb.
Lakin Göte ikinci sürətli dövrəsində Fornarolidən 0.040 saniyə daha sürətli olub və pole mövqeyini təmin edib. Fornaroli vəziyyəti dəyişməyə çalışsa da, final dövrəsinin ilk sektorunda səhvə yol verib və 2-ci pillədə qalıb.
Marten 3-cü, təsnifatın çox hissəsini 2-ci yerdə keçirən Stanek isə 4-cü pilləni tutub. Təsnifatın yekunlarına doğru isə Fornarolinin bolidi tras üzərində dayanıb.
Çempionatda 2-ci və 3-cü yerdə olan Cek Krouford və Lyuk Brauning çempionluq savaşını çətinləşdiriblər. Onlar müvafiq olaraq 15-ci və 18-ci vaxtları göstəriblər
Sprint yarışının start düzülüşü reversiv formatdadır – TOP10-dakı pilotlar sabah əks ardıcıllıqla start alacaqlar. Bu səbəbdən şənbə sprintinə poul mövqeyindən Rixard Ferşor başlayacaq. Onunla birlikdə ön sırada Coşua Dürksen yer alacaq.




Şərh əlavə et