Xəbəri Kokpitdə Oxuyun!

Piastri Qətərdə yaxşı başlayıb

Qətər Qran Prisinin birinci sərbəst yürüşlərində sürücüləe hava açıq və quru qarşılayıb. Hava temperaturu 25-26 dərəcə, trasın səthi 33-34 dərəcə olub.

Qətərdə keçirilən mərhələ ardıcıl üç yarışlıq seriyanın ikincisi və 2025-ci il təqvimində sondan əvvəlki Qran Pridir. Çempionluq uğrunda gərgin mübarizə davam edir, hamı mövsümün sonunda mövqeyini yaxşılaşdırmaq istəyir, xüsusən də şənbə günü sprint formatı iki dəfə xal qazanmaq imkanı yaradır. Cümə sərbəst yürüşü cəmi bir dəfə keçirildiyi üçün tras demək olar ki, boş qalmayıb.

Qatar trası il ərzində az istifadə olunduğu üçün həftəsonunun başlanğıcında asfalt qumla örtülüb və Hard tərkibli şinlərə yetərli ilişmə olmayıb. Demək olar ki, bütün pilotlar tras hüdudlarını aşıb çıxıb. Geniş təhlükəsizlik zonaları ciddi insidentlərdən qaçmağa imkan versə də, bir neçə saat sonra keçiriləcək sprint təsnifatında həmin dövrələr ləğv ediləcək.

Sessiya zamanı Maks Ferstappen ön sol təkərlə bağlı problemlərdən şikayət edib. Şarl Lekler sükan idarəetməsinin çətinliyini və balansın zəifliyini vurğulayıb. Corc Rassell isə kokpitdə yüksək temperaturdan narazılığını bildirib.

Sessiyanın ortasında mühəndisi qəfildən Yuki Tsunodaya onun arxasınca Valtteri Bottasın gəldiyini bildirib və finlinin soyadını iki dəfə təkrarlayıb. “Mən onun hələ də yarışdığını bilmirdim,” – deyə Yuki cavab verib. Rejissor dərhal Mercedes bokslarında baş verənləri izləyən, təəccüblənmiş Bottası göstərib və nəticədə olduqca gülməli an qeydə alınıb.

Komandalar sessiyanın böyük hissəsini Hard təkərlər üzərində işləməyə yönəldib, yalnız son 15 dəqiqədə sprint təsnifatına hazırlıq məqsədilə pilotlar kütləvi şəkildə daha sürətli Soft tərkibinə keçiblər.

Hard üzərində ən sürətli nəticəni Corc Rassell göstərib – 1:22.165. Soft tərkibinə keçiddən sonra sürətlər artıb, tras da nisbətən təmizlənib və sessiyanın ən yaxşı vaxtını Oskar Piastri 1:20.924 göstəricisi ilə qeyd edib.

Rauf Hacıyev

Şərh əlavə et