FIA-nın ənənəvi texniki yeniliklər relizində Qatar mərhələsi üçün bütün komandaların qarşısında tirelər qeyd olunub, çünki mövsümün sonu yaxınlaşdığı üçün bolidlər artıq təkmilləşdirilmir. Yalnız Racing Bulls komandası bu mövsümdə artıq istifadə olunmuş, amma bir qədər fərqli formaya malik yeniliyini təqdim edib.
Racing Bulls-un ön qanadında müəyyən hücum bucağında (angle of attack) bolidin yaratdığı sıxma qüvvəsini artıran Gerni flapı peyda olub. Bu yenilik trasın spesifik xüsusiyyətləri nəzərə alınaraq, bolidin aerodinamik sabitliyini gücləndirmək üçün hazırlanıb.




Şərh əlavə et