Halbuki o, yaxşı əhvalda olanda danışmağı sevir. Yeddiqat dünya çempionundan, Las-Veqasda növbəti mövsümü xüsusi gözləmədiyi barədə söylədiyi fikirləri şərh etməsi istənilib.
Lyuis Həmilton: “Mövsümün sonunda kiminsə növbəti ili səbirsizliklə gözlədiyini eşitsəm, təəccüblənərəm, çünki adətən mövsümün sonuna doğru artıq gücün qalmır. Hər zaman ailə ilə vaxt keçirmək, bu kimi şeylər arzulayırsan. O sözləri məyus halda demişdim. Finişdən sonra, xüsusilə yarış istədiyin kimi alınmadıqda, insan böyük məyusluq yaşayır. Əslində komandanın gələn ilə nə hazırladığını bilmək mənə maraqlıdır və mən onlarla birgə bolidi inkişaf etdirməyə davam edəcəyəm”.
Konfransda ondan, son yarışlarda bolidin irəliləyiş göstərib-göstərmədiyi soruşulanda, Həmilton yenə ənənəsinə sadiq qalıb və lakonik cavab verib: “Xeyr”.
Ferrari-də keçirəcəyi ilk mövsümü necə qiymətləndirdiyi barədə suala isə o belə cavab verib: “Mən qiymət vermirəm, sadəcə irəli baxıram. Hazırda deməyə çox sözüm yoxdur. Nəticələr göstərir ki, həm müsbət məqamlar var, həm də olmayan tərəflər. Müsbət nələrisə götürüb yola davam etməliyik”.
Komandanın pozitiv tərəfləri barədə danışması istəniləndə, britaniyalı pilot əlavə edib: “Mən komanda ilə uyğunlaşmışam, bütün heyəti isə böyük istək və yarışa həvəsləndirən güclü ehtiras irəli aparır”.
Son 12 ayda nələr öyrəndiyi soruşulanda cavabı yenə qısa olub: “Bəlkə də ayağa qalxıb davam etməyi”.
Mətbuat konfransının gedişində Hemilton, Ferrari-yə keçidinə görə peşman olması barədə ehtimalları da rədd edib. Ondan, bu ilin necə keçəcəyini bilsəydi, yenidən “Scuderia Ferrari” ilə müqavilə imzalayıb-imzalamayacağı soruşulub:
Lyuis Həmilton: “Bu, hipotetik sualdır – ona görə də detallara girmək istəmirəm. Komandaya qoşulmaq qərarıma görə peşman deyiləm. Komandanın formalaşması və birlikdə böyüməsi üçün zaman lazım olduğunu anlayıram, bunu öncədən görmüşdüm. Ona görə də bəli, yenə imzalayardım”.




Şərh əlavə et