Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstsppen: Rədd ol deyərəm!

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, ona komanda əmri versələr, rədd ol deyər.

Qətərdə  cümə axşamı keçirilən mətbuat konfransında Oskar Piastri bildirib ki, titul uğrunda mübarizədə McLaren bu həftəsonu komanda taktikasından istifadə etməyəcək və Maks Ferstappen də bu yanaşmanı dəstəkləyib.

Maks Ferstappen: “İdeal variantdır! Onların bir-biri ilə mübarizə aparmasına şərait yaratmaqdan yaxşı heç nə yoxdur. Oskarın yerində olsaydım və mənə Norrisi qabağa buraxmalı olduğumu desəydilər, bunu heç dinləməzdim. “Rədd ol” deyərdim. Əgər sən əsl yarışçısansa, geridə olsan belə, mübarizə aparmalısan. Yoxsa, yarışa gəlməyin nə mənası var? Belə getsə, insan ömrü boyu “ikinci pilot” statusunda qala bilər. Mən də düşünmürəm ki, Oskar bu statusu daşımağa razıdır.

Mənə gəlincə, bilirəm ki, Oskarla bərabər xallarımız var və uğurun mənim tərəfimdə olması üçün çox şey üst-üstə düşməlidir. Amma onlar trasda bir-biri ilə azad mübarizə aparmağa layiqdirlər. Ümid edirəm, mövsümün sonunu azarkeşlər üçün möhtəşəm edərək, fantastik final nümayiş etdirəcəyik!”

Rauf Hacıyev

Şərh əlavə et