Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər bu dəfə nə düşünür?

Bukmeyker kontorları qarşıdan gələn Qətər Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Mövsümün sonuncudan əvvəlki mərhələsinin favoriti kimi bukmekerlər Maks Ferstappeni hesab edirlər. Lando Norrisin şansları təxminən bir yarım dəfə daha aşağı qiymətləndirilir, Onların fikrincə Oskar Piastri-nin qələbə şansları isə demək olar ki, dörd dəfə azdır.

Bukmeykerlər düşünür ki, digər sürücülərin qələbə ehtimalı böyük deyil, amma titul uğrunda mübarizə aparan üçlüyü nəzərə almasaq, bu həftəsonu qələbə üçün ən yüksək şansa malik sürücü Corc Rasselldir.

Maks Ferstappen – 2.10
Lando Norris – 3.00
Oskar Piastri – 8.00
Corc Rassell – 10.00
Kimi Antonelli – 13.00
Şarl Lekler – 19.00 
Lyuis Həmilton – 41.00

Qatarda Lando Norris özünə çempionluq titulunu təmin edə bilər, buna görə də onun favorit sayılması gözləniləndir. Oskar Piastri və Maks Ferstappenin xalları bərabərdir, amma bukmeykerlər bu ikilidə üstünlüyü Red Bull Racing sürücüsünə verirlər.

Lando Norris – 1.40
Maks Ferstappen – 2.75
Oskar Piastri – 17.00

Elçin Zodorov

Şərh əlavə et