Xəbəri Kokpitdə Oxuyun!

McLaren uğursuzluğu unutmaq istəyir

McLaren komandası Qətərdə uğur qazanraq Las Veqasdakı uğursuzluğu unutmaq istəyir.

McLaren-in Qatar Qran Prisi öncəsi ənənəvi açıqlaması bu dəfə olduqca qısa olub. Komanda Las-Veqasdakı diskvalifikasiyaya yalnız üstüörtülü toxunub, Lando Norris və Oskar Piastri isə qələbə uğrunda mübarizəyə hazır olduqlarını bildiriblər.

Lando Norris: “Mövsümün son sprintli həftəsonu üçün Qətərə qayıtmaq əladır. MCL39-la Luseyl trasında sürmək fürsətinə görə sevinirəm. Burada ötmələr üçün yaxşı imkanlar var və mən qələbə uğrunda mübarizə aparmağa hazıram”.

Oskar Piastri: “Luseyl təqvimin ən sevdiyim traslarından biridir. Bu trasla bağlı çox gözəl xatirələrim var. 2023-cü ildə sprintdə karyeramın ilk Formula 1 qələbəsini qazanmışdım.

Tras axıcı, sürətli və orta-yüksək sürətə malik döngələrlə zəngindir, üstəlik ötmə imkanları da kifayət qədər yaxşıdır. Mən hər iki yarışı, eləcə də ön sıralarda mübarizə aparmaq şansını səbirsizliklə gözləyirəm”.

Andrea Stella (komanda rəhbəri): “Las-Veqasda baş verənlər bu həftəsonu iş yanaşmamızı dəyişməyəcək. İki Mühəndislər Kubokunu qazanmağımıza kömək edən, həmçinin pilotlarımızın titul uğrunda mübarizəsini mümkün edən mentalitet eyni qalacaq. Maşının potensialını tam açmaq üçün limitlərdə sürəcəyik və maksimumu hədəflənmişik.

Ağrılı anlar idmanımızın bir parçasıdır, amma onlar bizə öyrənmək və daha güclü olmaq imkanı verir. Baş verənləri təhlil etdik, təkmilləşdirdik və irəli getməyə tam hazırıq.

Komanda Lando və Oskara Qatarda ən yaxşı maşını vermək üçün birləşib və tam fokuslanıb.

Trasın xarakteristikası bolidimizə uyğun gəlməlidir. Qarşıda iki mərhələ var və hər iki pilotumuz çempionluq uğrunda mübarizə aparmaq şansına layiqdir”.

Rauf Hacıyev

Şərh əlavə et