Red Bull Racing komabdası bildirib ki, qarşıdan gələn Qatar Qran Prisi niderlandlı pilot üçün xüsusi əlamətdarlıq daşıyır. Belə ki, bu yarış, onun “1” nömrəsi ilə keçirdiyi 90-cı Qran Pri olacaq. Dördqat Dünya Çempionu eyni zamanda növbəti titul uğrunda tam real şanslarını qoruyur.
Maks Ferstappen: “Las-Veqas mərhələsindən sonra xallarda geriliyimiz azalıb, amma Qatar Qran Prisinə hazırlaşarkən həmişə olduğu kimi eyni yanaşmanı saxlayırıq: hər yarışa ayrıca baxmaq lazımdır.
Hər həftəsonunda məqsədimiz maksimum mümkün xalı toplamaq və boliddən ən yüksək səmərəliliyi almaqdır. Qatar mərhələsində də məhz belə hərəkət edəcəyik. Həftəsonu proqramında sprint var və bu daha çox xal qazanmaq imkanı deməkdir, ona görə gərək hər şeyi ideal icra edək.
Luseyl trası kifayət qədər çətin infrastruktura malikdir, üstəlik isti hava təkərlə işdə rasional yanaşmanı daha da vacib edir. Biz əmin olmalıyıq ki, hər şeyi düzgün edirik, çünki buradakı əsas yarışda iki məcburi pit-stop olacaq.
Əldə etdiyimiz tempi qorumağa çalışacağıq. Komanda mümkün olan ən yüksək nəticəni göstərmək üçün bütün gücünü səfərbər etməyə hazırdır. Bacardığımızın maksimumunu çıxarmaq üçün hamımız eyni hədəfə köklənmişik”.




Şərh əlavə et