Xəbəri Kokpitdə Oxuyun!

R.Bilinski DAMS ilə F2-də yarışacaq

Roman Bilinski bir il əvvəl Formula 3-də debüt etmişdi, gələn mövsüm isə Formula 2-də qüvvəsini sınayacaq. O, 2026-cı ildə DAMS Lucas Oil komandasında Dino Beganoviçlə komanda yoldaşı olacaq.

Polşa–Britaniya sürücüsü Formula 3 mövsümünü yaxşı keçirib, Monzada sprint yarışını qazanıb, iki dəfə podiuma yüksəlib və çempionatda 11-ci yeri tutub.

Roman Bilinski: “DAMS Lucas Oil kimi tarixi komandaya qoşulmaq böyük şərəfdir. Formula 2 inanılmaz çətinliklər yaradan bir seriyadır və komandamı ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Son illərdə çox şey öyrənmişəm və bu təcrübəni tətbiq etmək imkanını səbirsizliklə gözləyirəm. Mənə verilən imkan və etimada görə DAMS Lucas Oil-ə təşəkkür edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et