Xəbəri Kokpitdə Oxuyun!

M.Boya F2-də yarışacaq

Prema Racing komandası ispaniyalı pilot Mari Boya ilə 2026-cı il mövsümü üçün müqavilə imzaladığını açıqlayıb.

2025-ci ildə Formula 3-də çıxış edən Boya mövsümü üçüncü yerdə başa vurub. O, bir qələbə qazanıb və beş dəfə podiuma yüksəlib. O, Aston Martin komandasının gənc sürücülər proqramına daxil olub.

Mari Boya: “Formula 2-də debüt edəcəyim mövsümdə Prema-ya qoşulduğun üçün çox sevinirəm və komanda ilə işə başlamağı səbirsizliklə gözləyirəm. Bu, böyük bir fürsətdir və necə nəticə verəcəyini görmək maraqlı olacaq.

Xüsusilə də Formula 2-də yarışların daha uzun olmasına, pit-stopların olmasına və təkər aşınmasına diqqət tələb etməsinə sevinirəm. Yaxşı mövsüm olacağına ümid edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et