Xəbəri Kokpitdə Oxuyun!

C.Vorton F2-də debüt edəcək

Ceyms Vorton Qətərdə Qran Prisində Trident komandası ilə Formula 2-də debüt edəcək.

Avstraliyalı pilot bu il Formula 3-də ilk mövsümünü keçirib. O mövsüm ərzində bir qələbə qazansa da, yekunda 18-ci yeri tutub.

Ceyms Vorton: “Trident Motorsport-un mənə Formula 2-də yarışmaq imkanı yaratmasına inanılmaz dərəcədə minnətdaram. Bu, karyeramda çox böyük addım oldu. Məni daha güclü bolid, daha uzun məsafəli yarışlar, daha çox təkər yeyilməsi və pit-stoplar kimi yeni çətinliklər gözləyir. Çox şey öyrənməliyəm və bu fürsətdən maksimum şəkildə yararlanmağa çalışacağam.

Gələn il Formula 2-də tam mövsüm keçirməyəcəyimə baxmayaraq, bu, yeni şeylər öyrənmək və yaxşı nəticə əldə etmək üçün əla fürsət oldu”.

Rauf Hacıyev

Şərh əlavə et