Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Ehtiyatlı strategiya seçdik

Williams komandasının sürücüsü Karlos Sayms Las-Veqasda xal qazanıb, amma Aleks Elbon qəzadan sonra mübarizəni dayandırmalı olub.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışa üçüncü yerdən başlasa da, finişə yeddinci yerdə çatıb. Lakin iki McLaren pilotunun diskvalifikasiya olunması ilə beşinci yerə yüksəlib və 10 xal qazanıb.

Karlos Sayns: “Yeddinci yerlə razı qala bilərik. Məncə, yaxşı iş gördük. Bəlkə pit-stop strategiyasında bir az ehtiyatlı davrandıq, buna görə Lekler və Piastri ilə mübarizə aparmaq mümkün olmadı, ancaq nəticədən yenə də məmnunam.

Sürət baxımından top komandalardan geri qalmadıq, orta qrup rəqiblərindən isə daha sürətli idik. Bu tempi və Mühəndislər Kubokunda beşinci yeri qorumaq üçün əlimizdən gələni edəcəyik”.

Aleks Elbon: “Belə xaotik bir həftəsonunun sonunda xal qazana bilməmək təəssüf doğurur. Yarışın əvvəlindən maşınımda radio işləmirdi, köhnə üsullara qayıdıb pit-bordla ünsiyyət qurmalı olduq və bu, yarışı xeyli çətinləşdirdi.

Bu həftəsonu şansımız vardı, çünki maşın sürətli idi. Etiraf etməliyəm ki, bu gün mənim günüm deyildi, amma yarışlarda belə hallar baş verir”.

Rauf Hacıyev

Şərh əlavə et