Aston Martin komandasının nümayəndələri stüardların dinləməsində təsdiqləyiblər ki, Williams-ın pilotu Sayns rəqibi Strolla heç bir şəkildə mane olmayıb və Ləns toqquşmadan yayınmaq üçün əlavə hərəkət etməyib. Stüardlar trasdakı zəif görünüşü və sarı bayraqların mövcudluğunu nəzərə alaraq Karlos Saynsa cərimə etməmək qərarına gəliblər.
Eyni zamanda Mercedes-in sürücüləri də cərimədən yayınıblar. Komanda Corc Rassell və Kimi Antonelliyə aid maşın sazlamalarını FIA-ya vaxtında göndərməmiş kimi görünsə də, dinləmədə Mercedes nümayəndələri təsdiqləyiblər ki, elektron məktub vaxtında göndərilib. Lakin FIA məktubu IT təhlükəsizliyi ilə bağlı texniki problem səbəbi ilə qəbul etməyib. Buna görə də komandanın passivinə qayda pozuntusu yazılmayıb.




Şərh əlavə et