Las Veqasdakı son sessiyada Rassell sürətli olub

Las Veqasdakı son sessiyada Rassell sürətli olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Las-Veqasda üçüncü sərbəst yürüşlər zamanı hava buludlu olub. Asfalt isə qurumaqda və 13 dərəcə temperaturda olub.

Las-Veqasda keçirilən bütün sərbəst yürüşlər tamamilə fərqli şəraitdə baş tutub. Birinci sessiyada şəhər trasının asfaltı çirkli və sürüşkən olub, ikinci sessiyada tras işlənmiş rezinlə örtülərək bir az da olsa ilişmə artıb. Üçüncü sessiyadan əvvəl yağan yağış isə pilotları trasa keçid təkərləri ilə çıxmağa məcbur edib.

Trasda gölməçə olmasa da, yüngül nəm təbəqə səbəbilə maşınlar davamlı olaraq sürüşüb. İlk olaraq Piastri, Həmilton və Berman trasa çıxıblar, ardından digərləri onlara qoşulublar, lakin heç kim ciddi risk almaq istəməyib.

Elbon 5-ci döngədə təhlükəsizlik cibinə girib, Louson düzlükdə aerodinamik elementinin qopması ilə üzləşib. Tsunodanın maşınında problem aşkarlanıb və mühəndisin tələbi ilə boksa qayıdıb, lakin daha sonra yenidən trasa çıxıb. Alonso, Stroll, Bortoleto, Qasli, Hülkenberq və Kolapinto ilk yarım saat ərzində nəticə göstərə bilməyiblər.

Trasın vəziyyəti tədricən yaxşılaşıb. İlk olaraq Norris Soft təkərlərə keçib. Mühəndis ona ehtiyatlı olmağı desə də, Lando son anda qəzadan qaçıb. Ardınca digər pilotlar da Soft tərkibə keçiblər, digər təkərlər isə istifadə olunmayıb.

Həmilton sürətli dövrəsində az qala Lousona  çırpılacaqdı. Louson qarşısındakı Bortoleto və Ferstappenə görə demək olar dayanmalı olub, Həmilton isə son anda manevr edərək, insidentdən qaçıb.

Sessiyanın protokoluna Corc Rassell başçılıq edib. O, 1:34.054 zaman nəticəsi ilə ən sürətli dövrəni vurub. McLaren pilotları isə risk etməyərək sürətli dövrələrini tamamlamayıblar. Norrisin son cəhdində maşında problem yaranıb və o, boksa dönməli olub.

Bunları da oxuyun

Şərh əlavə et