Bu dəyişiklik sayəsində səhrada hava gecə vaxtı olduğu qədər soyuq olmayıb və şərait daha əlverişli olub.
Qısa müddət zəif yağış çisələsə də, asfalt quru qalıb və sürücülər quru təkərləri ilə trasa çıxıblar. İlk sessiyada sürət çatışmazlığı yaşayan McLaren komandası Montsada istifadə olunan yastı arxa qanaddan yararlanıb və bu dəyişiklik komandaya müəyyən sürət qazandırıb.
Sessiya yenə də insidentsiz keçməyib. Elbon və Həcər 14-cü döngənin təhlükəsizlik zonasına çıxıblar, Lekler isə 12-ci döngədə yerində fırlanııb.
38-ci dəqiqədə 17-ci döngənin qarşısında drenaj lyukunun qapağının açılmasına görə sessiya qırmızı bayraqla dayandırılıb. Mühəndislər təmir işlərinə cəlb olunublar və fasilə gözlənildiyindən uzun çəkib. Xatırladaq ki, 2023-cü ildə eyni problem üç bolidin zədələnməsinə səbəb olmuşdu və təşkilatçılar buna yol verməmək üçün maksimum diqqət göstəriblər.
Təxminən on dəqiqəlik pauzadan sonra pit-leyn çıxışında yaşıl işıq yansa da, çox keçmədən sessiya yenidən dayandırılııb. Bu dəfə Lekler ötürmələr qutusundakı nasazlıq səbəbilə maşını beşinci döngənin təhlükəsizlik zonasına saxlayıb. FIA əməkdaşları isə lyuk qapağının maşınlar keçərkən yenidən tərpəndiyini müəyyən ediblər. Bundan sonra məşqlər tamamilə dayandırılıb.
Sürətli dövrə isə bu dəfə Lando Norrisdən gəlib – 1:33.602. Məşqlər sabah davam edəcək.




Şərh əlavə et