Xəbəri Kokpitdə Oxuyun!

Krouford Strollu əvəz edəcək

Aston Martin komandası Əbu-Dabi Qran Prisində ilk sərbəst yürüş sessiyasında heyət dəyişikliyi etdiyini açıqlayıb. Komandanın üçüncü sürücüsü Cek Krouford AMR25-in sükanı arxasında Ləns Strollu əvəz edəcək. Bundan əlavə, Cek mövsüm başa çatdıqdan sonra Yas-Marina trasında keçiriləcək gənc sürücülər testində də sükan arxasına keçəcək.

Amerikalı pilot üçün bu, sərbəst yürüşlərdə ikinci iştirak təcrübəsi olacaq. Bu mövsüm Krouford Meksika Qran Prisinin ilk sərbəst yürüşündə Lıns Strollu əvəz etmişdi.

Cek Krouford: “Bu mövsüm ikinci dəfə AMR25-in sükanı arxasına qayıtdığıma görə çox şadam. Bu il Aston Martin-in bazasında simulyatorda çox vaxt keçirmişəm və real trasda maşından aldığım hissləri müqayisə etmək mənə çox faydalı olacaq.

Meksikadakı sessiya mənim üçün yaxşı təcrübə olmuşdu və sərbəst yürüşlərin ilk sessiyasında, həmçinin gənc sürücü testində işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Endi Kauell, komanda rəhbəri: “Meksikadakı məşqdən qısa müddət sonra Ceki yenidən sükan arxasında görmək əladır. Gənc pilotlarla işimizdə məqsədimiz onların təcrübə qazanması və tempini qorumasıdır.

Əbu-Dabidəki iş bizim üçün vacib mərhələ olacaq, çünki Cek növbəti il üçüncü pilotumuz olmağa hazırlaşır və onun inkişafını dəstəkləməkdən məmnunuq”.

Rauf Hacıyev

Şərh əlavə et